Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş üç ailə olmaqla daha 8 vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sosial xidmət müəssisəsinə yerləşdirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Agentliyin sosial işçi və psixoloqu tərəfindən 8 nəfər repatriantın hər biri ilə bağlı sosial-psixoloji qiymətləndirmə aparılıb.
Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq sosial reabilitasiya tədbirlərinə başlanılıb.
Repatriantlar müəssisədə sosial-reabilitasiya xidmətləri ilə təmin edildikdən sonra qohumlarına təhvil veriləcək.
Sosial-reabilitasiya və reinteqrasiya tədbirləri şəxslərin yaşadıqları ərazi üzrə Sosial Xidmətlər Agentliyinin müvafiq regional filialları tərəfindən digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta