Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov “Лукойл-Инжиниринг” ASC-nin 18-20 oktyabr 2023-cü il tarixində Perm şəhərində “Инновации для повышения эффективности сопровождения нефтегазовых активов” (“Neftqaz aktivlərinin müşayiət olunma səmərəliliyinin artırılması üçün innovasiyalar”) mövzusunda keçirilmiş V beynəlxalq elmi-təcrübi konfransında iştirak edib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, alim tədbirdə “Идентификация фильтрационно-емкостных свойств глубоко-залегающих газовых залежей на основе численного моделирования процесса фильтрации газа в пласте” (“Qazın layda süzülməsi prosesinin ədədi modelləşdirilməsi əsasında dərin yatıma malik qaz yataqlarının süzülmə-tutum xassələrinin identifikasiyası”) adlı məruzə ilə onlayn şəkildə iştirak edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta