Ölkəmiz təkcə idmanda yox, dünya tarixinə mədəni, elmi və ədəbi töhfələr verən, böyük tarixi şəxsiyyətlər yetirən, adı, imzası bəlli olan bir xalq kimi də dünyanın diqqətini cəlb edən bir vətəndir. Bəzi uğurlu addımlarımız var ki, dünya səviyyəsində çıxış etdiyimiz zaman şərəf rəmzimiz olan bayrağımız dalğalanır və dövlət himnimiz səslənir.Həmin anları bizə yaşadan idmançılarımızdan biri də Aydın Həşimovdur.
Aydın Həşimovun uğurları ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış bir çox gənclərimizin isə idman fəaliyyəti ilə məşğul olmasına təkan vermişdir.
Dünya səviyyəsində bayrağımızı dalğalandırn, dövlət himnimizi səsləndirən idmançımız Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik- leytenantı AydınBalaşah oğlu Həşimovdur.
Həşimov Aydın Balaşah oğlu 29.05.1978-ci ildəBakı şəhərində anadan olub, o, 1995-ci ildə orta məktəbi bitirib.1988-1999-cu illərdə Lokomotiv idman cəmiyətində cudo idman növü ilə məşğul olub.2001-2003-cü illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində sambo idman növü, 2003-cü ildən isə ciu-citsu idman növünə keçid edib. Ciu-citsu Federasiyasının Milli yığma komandasının üzvü,2005-ci ildən Ciu-citsu Federasiyasının təlimatçısıdır. Aydın Həşimov Ciu-citsu üzrə qara kəmər sahibidir.
Aydın Həşimovun idman fəaliyyəti sırf idmanla məşğul olmaq deyil məhz məşğul olduğu idman növləri üzrə ölkə hüddularından kənarda təhsil almışdır.Buna görə də əsas hallarda aydın Həşimov adı gələndə məhz hərəkətləri elmə əsaslann xüsusi texniki fəndlər yada düşür.Belə ki, Aydın Həşimov Daxili Qosunların xüsusi təyinatlı dəstələrin əməkdaşları üçün gizirlər məktəbini, Çin Xalq Respublikasının Şıcyajuan şəhərində Xüsusi təyinatlılar akademiyasının xüsusi əməliyatların hazırlanması fakultəsinin xüsusi təyinatlı bölüyündə, Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının Hüquq-muhafizə və təhlükəsizlik orqanların, polis əməkdaşlarının taktiki-texniki təlimi, silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə hazırlanmasını,Çin Xalq Respublikasının Quanjou səhərində Hərbi idman akademiyasının Uşu-sanda idman növü fakultələrini əla başa vurmuşdur.
Aydın Həşimov-2007-ci ildə Tiflis şəhərində keçirilən “Transcontinental Grand Prixe Silwer Sword” peşəkarlar yarışının çempionu
2007-ci ildə Yalta şəhərində keçirilən dünyaçempionatın –“kik-citsu” idman növü üzrə keçirilən dünya çempionatının “ən texnikalıidmançısı”
2009-cu ildə Dağıstan-Maqaramkənd MMA-üzrəkeçirilən (qarışıq döyüş növləri üzrə )Rusiya – MDB-finalçısı
2010-cu ildə Özbəkistanda Asiya çempionatının“Güc Qurumları arasında əlbəyaxa döyüş üzrə çempion
2010-cu ildə Semferopol da “Free fight” döyüşnövləri üzrə peşəkarlararası dünya kubokunun qalibi
2012-ci ildə Çin Xalq Respublikasının Quanjouşəhərində, Hərbi İdman akademiyasında keçirilən“Güc qurumları arasındaUşu-sand”a üzrə Super Turnirin çempionu
2018-ci ildə Polşa şəhərində keçirilən “MMA”(qarışıqdöyüşnövləri) – Avropa çempionatında qalib olaraq çempion adına layiq görülmüşdür.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti- Hərbi xidmətlərə görə medalı ilə
2020-ci ildə Azərbaycan Respublikasının Əməkdarməşqçisi fəxri adına
DİN- in Daxili Qoşunların xidmətdə fərqləndiyinəgörə döş nişanı ilə
DİN- in Əla xidmətlərə görə döş nişanına layiq görülmüşdür.
Təkcə titullarına diqqət yetirsək, onun idmanın hansı pilləsində qərarlaşdığını görə bilərik.
Aydın Həşimovun adı gələndə gözlərimiz önünə ən yüksək arenalarda dalğalanan üçrəngli bayrağımız gəlir. Bilirik ki, hansı yarışda onlar varsa, demək, orda qalibiyyət bizimdir. Polis polkovnik-leytenantı idmanda sözünü deməklə yanaşı, bu gün asayişin qorunmasında da vəzifə borcunun öhdəsindən layiqincə gəlir.
Aydın Həşimov hər zaman ən güclü rəqiblərə görüşərək qələbə qazanmışdır, çünki onun bir məqsədi olub, yaxşıların yaxşısı olsun deyə və o, özdevizinə hər zaman sadiqdir və bütün döyüşlərində bunu sübut etmişdir.
Aydın Həşimova idmanda qazandığı uğurlarına görə təşəkkürümüzü bildirərək yeni uğurlar arzulayırıq.
Nəbizadə Könül Faxrəddin qızı