AZ

Lənkəranda avtomobil dərəyə aşıb, ölən və yaralanan var

Lənkəranda avtomobil dərəyə aşıb, ölən və yaralanan var.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Təngivan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, avtomobil Lənkəran-Lerik yolunda hərəkətdə olarkən idarəetmədən çıxaraq aşağı yuvarlanıb.

Avtomobil dərədə olduğu üçün digər zərərçəkənin olub-olmadığı ilə bağlı dəqiqləşdirmələr aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
287
1
report.az

10Mənbələr