AZ

Birləşdik – 2024″ təliminin taktiki epizodu nümayiş etdirilib - Vətən Naminə

">

Qazaxıstan Respublikasında keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı ölkələrinin hərbi rəhbərliyi “Oymaşa” təlim poliqonuna gəlib.
Nümayəndələr əvvəlcə poliqonda təlim iştirakçıları üçün yaradılan şəraitlə tanış olublar. Xarici hərbi kontingentin yerləşdiyi yerlərə və yeməkxanaya baxış keçirilib.
Sonra Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları tranşey döyüşü nümayiş etdiriblər.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyəti komandanlığın idarəetmə məntəqəsinə gəlib.
Təlim iştirakçılarının hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verildikdən sonra təlimdə icra ediləcək fəaliyyətlər barədə xəritə üzərində və videokonfrans vasitəsilə məruzələr dinlənilib.
Sonda qonaqlar “Birləşdik – 2024” beynəlxalq təliminin taktiki epizodunu izləyiblər.
Məhdudgörmə şəraitində qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə tapşırıqlar təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıqla icra edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
153
16
vetennamine.az

10Mənbələr