Bakının mərkəzi küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Dilarə Əliyeva küçəsində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, 99-EK-514 dövlət nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobil 99-SS-776 dövlət nömrə nişanlı "Porşe" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində "Mersedes-Benz"in ön hissəsinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmadığı haqqında hələlik məlumat verilməyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
