Bir çox avropalı siyasətçilər Ukraynanın Aİ liderlərinin əksəriyyətinin həyatında əsas prioritet olmaqdan çıxdığını özəl olaraq etiraf edirlər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yüksək səviyyəli Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, avropalı rəsmilər öz aralarında Ukraynanı vəsaitlərin axıdıldığı “qara dəlik” adlandırırlar.
Rəsmi dəstəyə baxmayaraq, bir sıra Avropa rəsmiləri Ukrayna münaqişəsinin hazırda Aİ liderləri üçün prioritet olmadığını bildirirlər.
“Şübhələr artır. Cəbhədə vəziyyət nə dərəcədə kritikdir? Bu “qara dəliy”ə daha nə qədər pul tökməliyik?”, – adının çəkilməsini istəməyən avropalı rəsmi bildirib.