AZ

Ermənistanda neft məhsulları qıtlığı yaranıb, Rusiyadan yardım istəyir - Rusiya XİN

Rusiya rəsmi İrəvanın müraciəti əsasında bu ölkəyə 15 min ton benzin və 20 min ton dizel yanacağı göndərib.DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb."Ermənistan rəhbərliyinin müraciətinə cavab olaraq, Rusiya respublikanın ehtiyac duyduğu neft məhsullarını tədarük etməyə başlayıb. Söhbət 15 min ton benzin və 20 min ton dizel yanacağından gedir. Tərəfdaşların müraciətindən məlum olduğu kimi, Ermənistanda bu sahədə vəziyyət asan deyil”, - deyə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Seçilən
1
yenimedia.az

1Mənbələr