AZ

Putin Karlsonla müsahibəsi ətrafında ajiotajın səbəbini açıqladı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəyə maraq dünyada alternativ nöqteyi-nəzərlə tanış olmaq istəyi ilə bağlıdır. 

Qaynarinfo xəbər verir ki, o, öz fikirlərini jurnalist Pavel Zarubinlə söhbətində bölüşüb və onun bir fraqmenti "Telegram" kanalında dərc olunub.

"Mən güman edə bilərəm ki, bu, həm ölkəmizdə, həm də dünyada bir çox insanın alternativ nöqteyi-nəzərdən istifadə etmək və həqiqəti öyrənmək istəyi ilə bağlıdır”, deyə Putin bildirib.

Bundan əvvəl Taker Karlson Dubayda keçirilən Dünya Hökumət Sammitində Rusiya prezidentinin Ukraynadakı münaqişədən "çıxmaq istədiyini” söyləyib. Eyni zamanda, o qeyd edib ki, yaxın gələcəkdə Putin indikindən "danışıqlara daha açıq” olmayacaq.

Business Insider yazıb ki, Qərb siyasətçilərinin mənfi və ya tənqidi şərhləri yalnız Karlsonla müsahibədən sonra Putinin populyarlığını artırıb.

Alpər

Seçilən
0
qaynarinfo.az

1Mənbələr