AZ

"Vaqner"in Priqojinsiz günləri: "Axmat"la birləşib "Kamerton" oldular

"Vaqner" özəl hərbi şirkətinin keçmiş döyüşçüləri "Axmat" xüsusi təyinatlılarının tərkibində "Kamerton" adlı dəstə yaradıblar.AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilir ki, yeni dəstənin üzvləri Ukraynadakı hərbi əməliyyatlar zonasında yerləşən poliqonlarda döyüş koordinasiyasından keçirlər.

Məlumata görə, "Kamerton"da əsasən keçmiş "vaqnerçi"lərin komandirləri, zirehli tank qrupları, artilleriyaçılar və hücum qrupları toplaşıblar.

"Zirehli tank qrupları və artilleriya ekipajlarının tərkibi 100% keçmiş "Vaqner" döyüçüləridir. Hücum bölmələri və digərlərinin isə 60 faizi "vaqnerçi"dir", - məqalədə yazılıb.

Qeyd edək ki, "Vaqner"in keçmiş rəhbəri Yevgeni Priqojinin vaxtında bu özəl hərbi şirkətin döyüşçüləri ilə "Axmat" arasında tez-tez konfliktlər olurdu.

Noyabrın 1-də isə Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner" ÖHŞ-nin keçmiş tibb işçilərinin "Axmat" bölmələrinin sıralarına qoşulacağını açıqlamışdı.

Tural Tağıyev
AzVision.az

Seçilən
2
azvision.az

1Mənbələr