Xüsusilə şişlərin yayıldığı qabaqcıl mərhələlərdə sağ qalma nisbətləri olduqca aşağıdır.
İndi mütəxəssislər bədənə xərçəng hüceyrələrini tapıb öldürməyi və onların geri qayıtmasının qarşısını alan yeni peyvəndi sınaqdan keçirirlər.
"BNT116" adı ilə tanınan bu peyvənd ağciyər xərçənginin ən çox yayılmış növü olan və kiçik hüceyrəli olmayan ağciyər xərçəngini müalicə etmək üçün nəzərdə tutulub.