EN

Krasnodarda silah-sursat anbarı partladıldı - Video

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Krasnodar diyarına hücum edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı regionun rəhbəri Veniamin Kondratyev açıqlayıb.

Onun sözlərinə görə, PUA-nın qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. 

O, yanğın ərazisinə yaxın yaşayan sakinlərin müvəqqəti olaraq təxliyə edildiyini bildirib.

“Astra” teleqram kanalı isə yerli sakinlərə istinadən pilotsuz uçuş aparatının Tixoretsk şəhəri yaxınlığında silah-sursat anbarına hücum etdiyini yazıb. Anbarda hücumdan sonra partlayış baş verib. Teleqram kanalı hadisə yerindən görüntülər də paylaşıb.

Chosen
11
5
qafqazinfo.az

6Sources