Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” Liqa mərhələsində ilk oyununa çıxıb.
Komanda Londonda İngiltərənin “Tottenhem” kollektivi ilə qarşılaşıb. “Tottenhem” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu oktyabrın 3-də Bakıda İsveçin “Malmö” klubuna qarşı keçirəcək.