Fövqəladə Hallar Nazirliyində (FHN) bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə növbəti müşavirə keçirilib.
Müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak edib.
Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin ötən müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.
www.anews.az