AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri” keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək yarışın təqvimi də müəyyənləşib. Turnirin son günündə mükafatlandırma mərasimi baş tutacaq.
“Payız turniri”nin təqvimi:
9 oktyabr
10.00. Açılış mərasimi
10.30. Bakı – Azəri
11.30. Zirvə - Şimşək
12.30. Azəri - Ümid
10 oktyabr
10.00. Zirvə - Bakı
11.00. Şimşək - Azəri
12.00. Ümid – Zirvə
13.00. Bakı – Şimşək
11 oktyabr
10.00. Ümid - Bakı
11.00. Azəri - Zirvə
12.00. Şimşək - Ümid
13.00. Mükafatlandırma mərasimi
Qeyd edək ki, "Payız turniri" oktyabrın 11-də başa çatacaq.