EN

Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış olub, 4 nəfər ölüb

Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma stansiyasında partlayışda 4 nəfər ölüb.

İqtisadiyyat.az Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, qaz sisterninin partlaması nəticəsində ölənlərdən ikisi 5 və 6 yaşlı uşaqlardır.

Həyatını itirənlərin hamısının bir ailənin üzvü olub-olmadıqları bilinmir.

Hadisə barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Chosen
95
5
iqtisadiyyat.az

10Sources