EN

İDDİA: İsrailin İrana hücumu planı müəyyənləşdi

İsrailin Tehranın raket hücumuna cavab olaraq İranda hədəf alacağı nöqtələri müəyyən etdiyi və cavab tədbirinin “zaman məsələsi” olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərdə İsrail ordusunun İrana cavab olaraq hədəfə alınması planlaşdırılan nöqtələrin siyahısını baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta təqdim etdiyi bildirilib.

İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə Tel-Əviv rəhbərliyinin İranın raket hücumuna cavab olaraq hədəf alınacaq nöqtələrlə bağlı qərar verdiyi qeyd edilib. KAN-a danışan adı açıqlanmayan bir İsrail rəsmisi, "Hədəflər bəllidir. (Əks-hücum) İndi sadəcə zaman məsələsidir" deyib. dedi. HÜCUM PLANI ABŞ İLƏ PAYLAŞIB Xəbərdə həmçinin İsrail rəhbərliyinin İrana hücum planının ümumi konturunu ABŞ ilə paylaşdığı, ancaq hansı nöqtələrin hədəf alınacağı ilə bağlı təfərrüatlara yer verilmədiyi bildirilib. İsrailli mənbəyə istinadən "hədəflər son anda dəyişə bilər" deyib. İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlamışdı.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
121
50
turkustan.az

10Sources