Bakı. Trend:
“Ramanla qürur duyuram, mənim üçün o, medalsız belə çempiondur.İdmançı ilə yaşamaq çox çətindir. Çünki bu, bütün həyatın intizamlakeçməlidir deməkdir”.
Trend xəbər verir ki, bunu “İdman Bizdə”yə müsahibəsində paraüzgüçü Raman Saleyinhəyat yoldaşı Anna Saley deyib.
O bildirib ki, əgər intizam yoxdursa, uğur da olmayacaq: “Onagörə, demək olar ki, rejimlə yaşayırıq. Hər bir saatımızplanlaşdırılıb. Balaca uşaqlarda necədirsə, bizdə də elədir”.
8 ildir birgə olduqlarını deyən Annanın sözlərinə görə, həyatyoldaşının ilk medalı onun üçün inanılmaz, qürurverici və çoxsevindirici olub: “Məncə, tək məni yox, onu da sevinc göz yaşlarıboğurdu. O, istədiyinə nail oldu, amma bununla kifayətlənmədi.Həmin medal bizim üçün inanılmaz olsa da, Raman çalışmağa davametdi”.
Anna Saley azyaşlı qızlarından da danışıb: “Qızımızla ana-balamünasibətləri çox sıxdır. Uşaq ananın emosiyalarını başa düşür.Bütün çıxışlarına birlikdə baxmışıq, birlikdə həyəcanlanmışıq.Əminəm ki, uşaqlar da böyüklər kimi hər şeyi hiss edir, amma bunubüruzə verə bilmirlər”.