Əməkdar artist Fərqanə Qasımovanın “Bir gün” verilişində qeyd etdiyi “Mən əfsanə bir xanım olmuşam. Mən olmayandan sonra haqqımda əfsanələr yazılacaq” fikirləri sosial şəbəkədə istifadəçilər tərəfindən tənqid edilib.
Doğru.az Teleqraf.com-a istinadən xəbər verir ki, Fərqanə Qasımova “Show-News” səhifəsinin şərh bölümündə tənqidlərə cavab verib:
“Xalqımın sizin kimi nümayəndələrini tanıdıqca sizinlə bir həmvətənli olduğum üçün utanıram. Tənqid etdiyiniz yerdən də cəzalanacaqsınız”.
DOĞRU.AZ