Azərbaycan və Ermənistan liderləri arasında danışıqlardan sonra Kazanda danışıqlarda irəliləyiş əldə olunacağına ümid yaranan kimi mən xarici aktorların nə dərəcədə maraqlı olduğunu anlamağa çalışdım...
Nəticə aşağıdakı kimi oldu:
- ABŞ ilin sonuna qədər (!!!) sülh müqaviləsinin bağlanmasında və Ermənistan ərazisindən kommunikasiyaların açılmasında maraqlıdır. ABŞ prezidenti bu barədə yazdı!
- Rusiya Lavrovun ağzı ilə sülh müqaviləsi mövzusunda “Allah amanında...” deyərək, Ermənistan ərazisində onların iştirakı ilə yolların açılmasına diqqət yetirib!
- İran sərhəddə irəliləyişdə maraqlıdır ki, “sərhədlər dəyişməsin”!
- Türkiyə Ermənistanla münasibətlərini hər üç istiqamətdə müəyyən etdiyi üçün danışıqlar prosesinin bütün istiqamətlərini dəstəkləyir!
Qaldı bir Fransa !!!
Dərhal Fransanın Ermənistandakı danışan kəlləsi çıxış etdi.
Və etiraf etməliyik ki, Parisin Kazan görüşündən sonra tutduğu mövqe...
Gəlin baxaq və anlayaq ki, Fransa Azərbaycanla Ermənistan arasında sülh istəyirmi...
Əsas mövzulara keçək:
Sülh müqaviləsinin imzalanması üçün son tarix:
“Hesab edirəm ki, sülh sazişinin imzalanması zəruridir. Dəfələrlə, o cümlədən Ermənistanın baş naziri tərəfindən bəyan edilib ki, sazişin böyük hissəsi artıq razılaşdırılıb. Ermənistanın baş naziri artıq razılaşdırılmış bəndləri imzalamağa hazır olduğunu bildirdi, çünki həll olunmamış məsələlərin sonrakı müzakirəsi mümkündür. Azərbaycanın xüsusilə COP 29-un təşkilatçısı kimi üzərinə xüsusi məsuliyyət düşür. İndiki mərhələdə onların əsas məsuliyyəti Ermənistanla sülh sazişi bağlamaqdır.
Artıq sülh müqaviləsi üçün şərait yaradılıb və mümkün qədər tez bağlanmalıdır. Bu o deməkdir ki, İqlim Zirvəsi 29-dan əvvəl”.
Yolverilməz tona fikir verirsiz?! “Məsuliyyətlər”, “lazımdır”, “zirvədən əvvəl”... belə iş görmək olmaz, cənab səfir!!! Bayden məktubda qeyd edir ki, ilin sonuna qədər, Paris isə COP29-a qədər israr edir... gəlin bunu nəzərə alaq və başqa mövzuya keçək...
- Aİ-nin Ermənistandakı missiyası haqqında
“Fransa Aİ tərəfdaşları ilə birlikdə artıq baş verən missiyanı genişləndirməkdə israrlıdır. Missiyanın heyəti, demək olar ki, iki dəfə artır, imkanları genişlənir... Missiyanın sayının təxminən iki dəfə, yəni bir neçə yüz nəfər artırılması planlaşdırılır. Onlar son dərəcə səmərəlidirlər. Son illərə nəzər salsanız, Google ilə “silahlanmış” onlarla avropalı müşahidəçi – silahsız mülki şəxslər – bu regionun sabitliyi üçün Dağlıq Qarabağdakı Rusiya kontingentindən daha çox iş görüb”.
Deməli, Fransa sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişlərə baxmayaraq, Aİ-nin Ermənistandakı missiyasını artırmağa hazırlaşır!!! Əgər sərhədin müəyyənləşdirilməsi prosesi öz axarı ilə gedirsə, Aİ missiyasının artırılmasına, ümumiyyətlə, uzadılmasına nə ehtiyac var?!
- Qarabağ erməniləri mövzusunda:
“Dağlıq Qarabağın demək olar ki, bütün erməni əhalisi qaçmağa məcbur olub. Mən “məcburi” deyirəm, çünki bu, könüllü qərar deyildi. Doqquz aylıq mühasirə və amansız hərbi hücumdan sonra bu qərar könüllü ola bilməzdi.
Bu, həssas əhalidir və onların hələ də dəstəyə ehtiyacı var. Bu o demək deyil ki, biz onların geri qayıtmaq hüququndan imtina edəcəyik. Çünki onların geri qayıtmaq hüququ sadə rəy deyil. Bu bir öhdəlikdir. Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı Azərbaycan da daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər üçün məcburidir. Əlbəttə, biz bilirik, qaçqınların özləri də bilirlər ki, indi geri qayıtmaq üçün şərait yoxdur. Ermənistan hökuməti ilə mövqe fərqi varmı? Məncə yox. Birincisi, biz Ermənistan hökumətinin bu qaçqınları qəbul etmək və inteqrasiya etmək səylərini dəstəkləyirik. İkincisi, Beynəlxalq Ədalət Məhkəməsinin qərar vermə prosesi Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilib”.
Başa düşdüz də... Paris Qarabağ erməniləri mövzusundan Ermənistan hökuməti onu bağlasa belə, əl çəkməyəcək!!!
Mən belə bir nəticəyə gəldim ki, Fransa Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin istənilən gedişindən qətiyyən maraqlı deyil!
Bəs Ermənistan hökuməti belə olan halda nə etməlidir?! Axı Paris Paşinyanı pis vəziyyətə qoyur!!!