![](https://sportnet.az/uploads/posts/2024-11/medium/1730708333_af.jpg)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri təxirə salınıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanış və oyunlar hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.
Yoldaşlıq matçının 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə daha sonra məlumat veriləcək.