Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Araz-Naxçıvan”la “Sumqayıt” arasında baş tutacaq. Hazırda 27 xalla 2-ci pillədə qərarlaşmış Naxçıvan təmsilçisini növbəti qələbəsini qazanmağa çalışacaq. Son iki turda qələbə qazanmış “Sumqayıt” da uğurlu çıxışını davam etdirmək istəyir. Sumqayıtın eyniadlı təmsilçisi 13 xalla 7-cidir.
Turun qapanış matçında isə son çempion və lider “Qarabağ” “Zirə”ni qəbul edəcək. Ötən turda “Turan Tovuz”la oyunda xal itkisi ilə üzləşmiş Ağdam təmsilçisi “Zirə”ni xalsız yola salmağa çalışacaq. Amma ötən tur “Araz-Naxçıvan”a uduzmuş, hazırda 20 xalla 4-cü olan Rəşad Sadıqovun komandası uğursuz statistikaya malik olduğu Ağdam klubu ilə görüşdə sürprizə imza atmaq arzusundadır.
Premyer Liqa
13-cü tur
8 noyabr
“Neftçi” – “Şamaxı” 2:2
Qollar: Dembo Darbo, 1. Murad Məmmədov, 4 – Brahim Konate, 29. Leroy Mikels, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 15:00.
9 noyabr
“Səbail” – “Turan Tovuz” 1:1
Qollar: Rüfət Abdullazadə, 41 – Faiq Hacıyev, 86.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 17:00.
“Sabah” – “Kəpəz” 2:2
Qollar: Orxan Əliyev, 32-öz qapısına. Kahim Parris, 74 – Orxan Əliyev, 4. Nicat Süleymanov, 90.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 19:30.
10 noyabr
“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”, 16:00.
“Qarabağ” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:00.