Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyevin toyudur.
Bizim.Media xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
Ülkər Abdullazadə adlı xanımla ailə quran Elvinin toy mərasimi paytaxt restoranlarının birində keçirilir.
Qeyd edək ki, Elvin və Ülkər cütlüyünün nişan mərasimi bu ilin okyabrında baş tutub.
Xatırladaq ki, İlqar Mirzəyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin
Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısını alarkən şəhid olub.
Bizim.Media