EN

A Seriyası: “Napoli”dən “Fiorentina”ya 3 cavabsız qol

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Verona” – “Udineze” matçında qapılara qol vurulmayıb. “Venesiya” – “Empoli” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Fiorentina” ilə qarşılaşan “Napoli” isə 3 xalı 3 cavabsız qolla qazanıb.

Bu turun “Komo” – “Milan”, “Atalanta” – “Yuventus” və “İnter” – “Bolonya” görüşləri İtaliya Super Kubokunun oyunlarına görə təxirə salınıb. Sözügedən matçlar yanvarın 14-də və 15-də keçiriləcək. Turun qalan görüşləri isə bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
19-cu tur
4 yanvar

Venesiya – Empoli 1:1
Qollar: Pohyanpalo, 5 – Espozito, 32.

Fiorentina – Napoli 0:3
Qollar: David Neres, 29. Lukaku, 54. Maktominey, 68.

Verona – Udineze 0:0

5 yanvar

15:30. Montsa – Kalyari
18:00. Leççe – Cenoa
21:00. Torino – Parma
23:45. Roma – Latsio

Chosen
129
12
arena.az

10Sources