EN

YAP bələdiyyə seçkilərində qələbə əzmi ilə iştirak edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu Qovlarsarı və Qarayeri  bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının  namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Samux rayon  təşkilatının sədri Gündüz Bayramov  bildirib ki,  demokratik siyasi sistemə malik olan Azərbaycan növbəti seçkilərə siyasi sabitlik və iqtisadi inkişafın fonunda gedir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir.  Bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişafında növbəti uğurlu mərhələ olacaq, həmçinin Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi ilə yadda qalacaq.

Görüşdə çıxış edən  bələdiyyə üzvlüyünə namizədlər Müşfiq Əhmədov, İlqar Alıyev, Nizami Ələsgərov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.

Görüşdə həmçinin qeyd olunub ki,  yerli özünüidarətmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi naminə qarşıda mühüm vəzifələr durur.  Xalqın iradəsi əsasında yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.

Bildirilib ki, qarşıdan gələn Bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlıq və uğurlu seçki kampaniyasının həyata keçirilməsi nəticə etibarilə partiyamızın tarixinə daha bir parlaq nailiyyət kimi yazılacaq.

Görüşlər zamanı seçicilər YeniAzərbaycan Partiyasının  fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər Samux şəhərində, Qarayeri qəsəbəsində, Qaraağaclı, Ziyadlı və Çobanabdallı kəndlərində 125 nəfər seçicinin iştirakı ilə fərdi görüşlər keçiriblər.

Chosen
45
17
yeniazerbaycan.com

5Sources