EN

Həkim əməliyyat zamanı ad gününü QEYD ETDİ – VİDEO

Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, həkim bu barədə öz “Instagram” hesabında paylaşım edib.

Görüntülərdən məlum olur ki, “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb.

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Xatırladaq ki, faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.

Bildirilib ki, məsələ ciddi araşdırılacaq: “Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək”.

Ətraflı videoda:

Chosen
30
10
medianews.az

10Sources