EN

"Qalatasaray" İtaliya nəhənginin kapitanını transfer edir



"Qalatasaray" sağ cinah müdafiəçisi transferi üçün "Milan"dan David Kalabriya ilə maraqlanır.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, klub təcrübəli sağ cinah müdafiəçisinin transferi ilə bağlı qərar verib.

İtaliya A Seriyasında "Milan"la müqaviləsi mövsümün sonunda başa çatacaq David Kalabrianın "Qalatasaray"ın təklifinə müsbət baxacağı gözlənilir.


"Milan"ın bazasında böyüyən David Kalabria 2015-ci ildə A komandasına yüksəlib və 28 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə 11 matçda 1 qol vurub.

Elgün, BakuPost

Chosen
29
7
bakupost.az

9Sources