EN

"Kəpəz"dən legioner transferi

"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

AzxeberSport klubun mətbuat ximətinə istinadən xəbər verir ki, albaniyalı Redon Mihana Gəncə təmsilçisinə keçib.

25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.

Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov və Lassana Ndiayeni də transfer edib.

Chosen
69
22
azxebersport.az

10Sources