20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Xezerxeber.az-ın xəbərinə görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla É™laqÉ™dar olaraq, Mikayıl Müşfiq küçəsi vÉ™ Hüseyn Cavid prospektinin kÉ™siÅŸmÉ™sindÉ™n, Mikayıl Müşfiq dairÉ™si ilÉ™ MÉ™tbuat prospektinin kÉ™siÅŸmÉ™sindÉ™n, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, Ä°zzÉ™t NÉ™biyev, Abbasqulu AbbaszadÉ™ küçəlÉ™rinin kÉ™siÅŸmÉ™sindÉ™n, yÉ™ni Milli MÉ™clisin inzibati binasının arxa hissÉ™sindÉ™n Parlament prospekti – ŞəhidlÉ™r xiyabanı istiqamÉ™tinÉ™ bütün nÉ™qliyyat vasitÉ™lÉ™rinin hÉ™rÉ™kÉ™ti mÉ™hdudlaÅŸdırılaraq istiqamÉ™t dÉ™yiÅŸdirilÉ™cÉ™k.Â
Yanvarın 20-də, həmçinin Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.