EN

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər (FOTO)

Bakı. Trend:

Qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan 20 Yanvarhadisələrindən 35 il ötür

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 20 Yanvar hadisələrinin35-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi vəkollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığıuğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı vəmüstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yoldahəyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqlarıilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifəyazıblar.

20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.

1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol QarabağZəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbəxalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Chosen
73
5
az.trend.az

7Sources