EN

Fövqəladə vəziyyət elan edib, ordu göndərir -

“Bu gün Amerikanın tam bərpasına yol açacaq bir sıra tarixi sərəncamlar imzalayacağam”.Metbuat.az xəbər verir ki, bu sözləri ABŞ-ın 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də keçirilən andiçmə mərasimində bildirib.Andiçmə mərasimində Donald Tramp ölkənin yeni prezidenti kimi ilk addımlarını açıqlayıb. O, sərhədlərin möhkəmləndirilməsinə və qeyri-qanuni miqrasiyanın qarşısını almağa dair təşəbbüslərini diqqətə çatdırıb:“Cənub sərhədimizdə milli fövqəladə vəziyyət elan edəcəyəm. Bu andan etibarən, qeyri-qanuni yollarla ölkəyə girişlər tamamilə dayandırılacaq və milyonlarla cinayətkar elementin öz ölkələrinə qaytarılması prosesinə start veriləcək. Ölkəmiz üçün fəlakətə çevrilmiş bu axını durdurmaq məqsədilə cənub sərhədimizə qoşun göndərəcəyik”, – deyə Tramp vurğulayıb.

Dövlət başçısı həmçinin narkokartellərin “terror təşkilatı” kimi tanınmasına dair fərman imzalamağı planlaşdırdığını açıqlayıb.

Chosen
5747
2
metbuat.az

3Sources