Bakı. Trend:
Xəbər verildiyi kimi, yanvarın 18-də, İmişli şəhəri ərazisində“Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalıDövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnənyol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli rayonprokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, ilkin istintaq tədbirləri iləİmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlınınqohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlətqeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələkeçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququolmadan idarə edib yol hərəkəti qaydalarını pozaraqehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığınaağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobiliqəzanın baş verdiyi yerdə saxlayaraq yol nəqliyyat hadisəsiyerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədiolmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yolhərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarınınəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindənpozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü(yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilətəqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti vəibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsindəhəbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.