UFAZ-da 2025-ci ilin yaz semesterinin dərslərinə start verilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, UFAZ-da davamlı qiymətləndirmə sistemi tətbiq olunur. UFAZ-da tətbiq olunan qaydalara əsasən, yekun semestr imtahanları ləğv edilib və qiymətləndirməni həyata keçirmək üçün nəzərdə tutulan 3 müxtəlif tapşırıq və ya aralıq imtahanı semestrin sonunda yekunlaşdırılır. Nəticədə, tələbələr bütün fənləri semestr boyunca öyrənir və daim hazırlıqlı olurlar. Bu qərar UFAZ-ın Elmi Komitəsinin tövsiyəsi ilə Rəhbər Komitənin iclasında qəbul olunub.
Qeyd edək ki, UFAZ-da akademik təqvimə əsasən tədris ilinin başlama və bitmə tarixləri hər il fərqli ola bilər. Məsələn, 2024-2025-ci tədris ilinin payız semestri 2 sentyabrdan 20 dekabra qədər davam edib. Yaz semestri isə 21 yanvar tarixindən may ayının 30-dək davam edəcəkdir.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20January%202025/ae6eeb8e-d0c7-4ecc-832b-b269a219a852_474760548_1232861858374350_1537554412621571087_n.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20January%202025/bc97a1ea-1eca-477c-8978-1a1c601dc3f1_473812636_1232861871707682_3163914697047131616_n.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20January%202025/8be0bdf4-3ce3-4ac9-a4b2-3a3ea836185e_dsfgjghdjthg.format-webp.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/21%20January%202025/8ccea62c-fc7a-477a-b793-3422d0e56c9e_473802445_1232861735041029_2190588616819374840_n.jpg)