Ermənistan parlamentində belə siyasətçilərin olması iki ölkə arasında imzalanması gözlənilən sülh müqaviləsinə necə təsir edəcək?
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanın siyasi həyatında bu cür revanşist siyasilər var:
“Bunun əsasında Azərbaycan dövləti bildirir ki, Ermənistan qanun siyahısına dəyişiklər edilməlidir. Yəni, Ermənistan qanun siyahısında Azərbaycan və Türkiyə əleyhinə maddələr var. Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə çıxış edilir, o həmin maddələr oradan götürülməlidir. Yəni, bizim istədiyimiz, bizim mübarizəmiz məhz, bu yöndədir. Artıq bundan sonra, Ermənistanda revanşizmə, ciddi əsas yaradan bütün maneələr aradan qaldırıldıqdan sonra biz müqaviləsini imzalaya bilərik”.
Politoloq onu da qeyd edib ki, Anna Mkrtçyanın parlamentdə təqdim etdiyi xəritədə Azərbaycan dövlətinin nə qədər düzgün mövqedə olduğunu bir daha göstərir:
“Haqlı olaraq Azərbaycan dövləti bununla bağlı bəyanatarla çıxış etməkdədir. İndi Nikol Paşinyan hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Onlar Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etdiklərini bildiriblər. Artıq yeni bir müharibəyə başlamağı tamamilə mənasız hesab edirlər. Ancaq bu, gələcəkdə Ermənistanda hakimiyyətə gələcək qüvvələrin də eyni siyasət aparacağına zəmin yaratmır. Yəni, Ermənistanda sabah hakimiyyətə elə bir qüvvə gələ bilər ki, ümumiyyətlə, Qarabağın Azərbaycan ərazisinin olmadığını yenidən bildirər və hansısa bir revanşa cəhd edə bilər. Yəni, biz bu kimi hallarla qarşılaşmaq istəmirik. Onların səsini qazanmaq və eyni zamanda diasporadan və kilsədən səs almaqdır. Nəzərə alaq ki, Ermənistanda növbədən kənar parlament seçkiləri barəsində söz-söhbətlər gün getdikcə artır. Bu ilin yayında təxminən Ermənistanda növbədən kənar parlament seçkilərinin keçiriləcəyi barəsində ehtimallar var. Bu barədə erməni mediası tez-tez məlumatlar paylaşır. Bu kimi pafoslu çıxışlara əslində, daxili auditoriyaya oynamaq həmçinin erməni revansizminin ən böyük dəstəkçiləri olan kilsənin və diasporanın səsini qazanmaq üçündür. Ancaq eyni zamanda, Azərbaycan da bu kimi məsələlərdə ehtiyatlı olur və olmalıdır da”.
Leyla Turan
Demokrat.az
10Sources
-
milli.az"İrəvan Köçəryan və Sərkisyanı da Bakıya verməlidir" ( 15342943)
-
sitat.infoİrəvan Köçəryan və Sərkisyanı da Bakıya verməlidir - Verdyan ( 15340579)
-
7times.azİrəvan Köçəryan və Sərkisyanı da Bakıya verməlidir – Verdyan ( 15340063)
-
buta.tvİrəvan Köçəryan və Sərkisyanı da Bakıya verməlidir - Verdyan ( 15339849)
-
axar.azİrəvan Köçəryan və Sərkisyanı da Bakıya verməlidir - Verdyan ( 15339807)
-
sia.azİrəvan hələ ki, heç bir əməli addım atılmayıb ( 15329823)
-
paytaxt.orgİrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır ( 15280295)
-
olke.azİrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır ( 15279925)
-
konkret.azPaşinyanın “ikili stul” oyunu və ya Paris-Tbilisi-İrəvan oxu necə dağıdı? – İLGİNC SSENARİ ( 15242569)
-
senzor.azOttava Bakıya qarşıYALAN və BÖHTAN HƏDDİNİ KEÇDİ ( 15216265)