EN

İdmançılarımızın Parisdə qazandığı medallar bu vəziyyətə düşdü

İdmançılarımızın

Azərbaycanın daha üç idmançısının Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medallar keyfiyyətini itirib.

Bu barədə Xalqcebhesi.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.

Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş yarışlarında bürünc medal qazanan Maqomedxan Maqomedovdan başqa digər 5 mükafatçıımızın medalları da yararsız hala düşüb.

Belə ki, cüdo üzrə digər Olimpiya çempionumuz Zelim Kotsoyev, gümüş mükafatçılar - boksçu Alfonso Dominqeslə taekvondoçu Qaşım Maqomedov və bürünc medal əldə edən sərbəst güləşçi Giorgi Meşvildişvili ilə yunan-Roma güləşçisi Həsrət Cəfərovun mükafatları keyfiyyətini itirib.

Qeyd edək ki, Həsrət Cəfərov medalının cəmi 3 günə keyfiyyətini itirməsi ilə bağlı ötən gün açıqlama vermişdi.

Chosen
18
5
xalqcebhesi.az

6Sources