EN

Türkiyədə matəm elan olundu

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı qardaş ölkədə matəm elan olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

O, yanvarın 22-də ölkədə matəm günü elan olunduğunu açıqlayıb.

Qeyd edək ki, faciəvi yanğın nəticəsində 66 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Xəbər 2 dəfə oxunub.
Chosen
8
16
xezernews.az

10Sources