EN

İsrail “Dəmir divar” antiterror əməliyyatına başlayıb

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində “Dəmir divar” antiterror əməliyyatının başladığını açıqlayıb. İsrail hökumətinin başçısı izah edib ki, onun məqsədi Cenində “terrorizmin kökünü kəsmək”dir.

Fələstin İslami Cihadının silahlı qanadı olan “Saraya əl-Qüds” qruplaşması İsrailin hücumunu dəf etdiyini bildirib. “Bu, Yəhudeya və Samariyada (İordan çayının qərb sahilində) təhlükəsizliyi gücləndirmək məqsədimizə çatmaq üçün daha bir addımdır” deyən Benyamin Netanyahu, “Biz harada olursa olsun, İran oxuna qarşı sistemli və qətiyyətlə hərəkət edirik, onlar silahlarını Qəzza, Livan, Suriya, Yəmən, Yəhudeya və Samariyaya yönəltməyindən asılı olmayaraq.

“Dəmir divar” əməliyyatı hərbçilər, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisi tərəfindən həyata keçirilir. Hərbi mənbənin “The Times of Israel” qəzetinə verdiyi məlumata görə, əməliyyat Cenində terrorçu qrupların istifadə etdiyi infrastruktura pilotsuz təyyarə hücumu ilə başlayıb və ən azı bir neçə gün davam edəcək.
Fələstin Səhiyyə Nazirliyi İsrailin pilotsuz uçan aparatının hücumu nəticəsində bir nəfərin öldüyünü bildirib. İsrailin əməliyyatı İordan çayının qərb sahilində bomba hücumu nəticəsində bir İsrail əsgərinin həlak olması və dördünün yaralanmasından bir gün sonraya təsadüf edir.

//Samir Qurbanov, Editor.az

Chosen
34
17
editor.az

10Sources