EN

Məşhur futbolçu klubundan nə tələb edir?

Neymarın klubunu dəyişmək ehtimalı getdikcə artır.

Məşhur futbolçu “Əl-Hilal” ilə müqaviləsini ləğv etmək niyyətindədi. “Globo Esporte”nin məlumatına görə, 32 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubundan təzminat almaq istəyir. Neymar klubdan müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi halda qalan maaşının - 65 milyon dolların ödənilməsini tələb edir. Futbolçu sözləşmənin müddəti başa çatanadək – yaya qədər “Əl-Hilal”da qalsa da, onun gəliri 65 milyon dollar olacaq. Bu, onun müqavilənin sonunadək təyin edilən maaşıdı.

Yeri gəlmişkən, bir müddət əvvəl Neymarın karyerasına başladığı doğma klubu “Santos”a qayıtmaq istədiyi haqda məlumat yayılmışdı. Son vaxtlar isə onun adı “İnter Mayami” ilə birgə hallanır.

1Sources