Ukrayna müdafiə qüvvələri yerli istehsal olan Poseidon pilotsuz uçuş aparatını döyüşlərdə istifadə etmək üçün qəbul edib.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında yazılıb.
Kompleksin təyyarələri elektrik mühərrikləri və müasir naviqasiya sisteminə malikdir. Həmçinin qeyd edilib ki, Poseidon -20 °C-dən +45 °C-ə qədər temperaturda və güclü küləklər zamanı tapşırıqları yerinə yetirir. Akkumulyatorun gücü isə bir neçə saat fasiləsiz işləmək üçün kifayət edir.
Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov deyib ki, bu pilotsuz təyyarələrin işləmə hündürlüyü düşmənin bir çox hava hücumundan müdafiə silahlarının imkanları xaricindədir.
Bəxtiyar CƏFƏRLİ