Müğənni Aysun İsmayılova yenə ayrılıq xəbərləri ilə gündəmdədir.
Belə ki, Aysun və Ramil sosial mediada bir-birini izləmədən çıxarıblar. Üstəlik, Aysun İsmayılovanın son paylaşımı da bu xəbərləri təsdiqləyən məqamlardan biri olub. Müğənninin "Kesin Bilgi" mahnısının müşayiəti ilə paylaşdığı videoda sol əlində üzüyün olmaması diqqətdən yayınmayıb.
Eyni zamanda, Ramil Vəliyevin “Hər şeyin əvvəli olduğu kimi, bir sonu da var” deməsi ayrılıq xəbərlərinin daha da güclənməsinə səbəb olub.
Qeyd edək ki, cütlüyün ayrılıq səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.