Ötən il Gürcüstan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 43 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 427 milyon ABŞ dolları dəyərində 106 min 51 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % çox və 0,4 % azdır.