EN

Ermənistan parlamenti ölkənin Aİ-yə qəbulunu fevralda müzakirə edəcək

Ermənistan parlamentində bu ölkənin Aİ-yə qəbulu ilə bağlı səsvermənin nə vaxt keçiriləcəyi məlum olub...

Ermənistan parlamentinin fevralın birinci yarısında ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qanun layihəsinə baxacağı gözlənilir.

Poliqon xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazır. Qəzet qeyd edir ki, cümə günü, yanvarın 24-də qanunverici orqanın spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan bildirib ki, sənəd hazırda lazımi hazırlıq prosedurlarından keçir.

“Yəqin ki, bu, növbəti dörd günlük sessiyanın (11-14 fevral) plenar iclaslarının gündəliyinə daxil ediləcək”, deyə Ermənistan parlament sədrinin mətbuat nümayəndəsi bildirib.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə qəbulu prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsü yanvarın 11-də bildirib ki, Avropa Komissiyası qanunvericilik təşəbbüsünü öyrənməyi planlaşdırır.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, ölkə hakimiyyəti hələ 2024-cü ildə Avropa Birliyinə üzv olmağa hazırdır. Eyni zamanda, o, dəfələrlə qeyd edib ki, Aİ-yə üzvlüklə bağlı yekun qərar yalnız Ermənistanda keçirilən ümumxalq referendumunun nəticəsi olaraq mümkündür.

Poliqon.info

Chosen
42
10
poliqon.info

10Sources