İşğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu mərhələli şəkildə ləğv olunacaq.
Â
Keçmiş məcburi köçkünlərin sosial statusuna xitam verildikdən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq.
Â
Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək.
Â
Qarabağa qayıtmaq istəyən şəxslər hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra orada evlə və torpaq sahəsi ilə təmin olunacaq, 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar.
Â
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik edilməsi ilə bağlı olan məlumatlar yalandır, həqiqəti əks etdirmir.
Â
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən isə bildirilib ki, sözügedən məsələ barəsində yaxın günlərdə açıqlama veriləcək.