EN

İmişli məhkəməsi işdən çıxarılan müəllimin iddiasını təmin etmədi

Ä°miÅŸli rayonu Aranlı kÉ™ndindÉ™ki 1 saylı tam orta mÉ™ktÉ™bin ötÉ™n ilin sentyabrında iÅŸdÉ™n çıxarılan müəllimi Leyla NÉ™cÉ™fquliyeva mÉ™hkÉ™mÉ™yÉ™ müraciÉ™t etmiÅŸdi. 

O, işdən çıxarılma barədə əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əməkhaqqı və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələb edirdi.

Uzun araşdırmadan sonra İmişli rayon Məhkəməsi yanvarın 24-də çıxardığı qərarla müəllimin iddiasını təmin etməyib.

Bu barÉ™dÉ™ "Azadlıq" radiosuna L.NÉ™cÉ™fquliyeva özü mÉ™lumat verib. 

O hesab edir ki, məktəb direktorunun əmri kimi məhkəmə qərarı da qanunsuzdur: "2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə mən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşam. Seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən sentyabrın 21-də təsdiq edilib. Amma məktəb direktoru məni sentyabrın 17-də işdən çıxarıb. Həmin vaxt mənim toxunulmazlıq hüququm olub. Bu hüquqa görə mən işdən çıxarıla, razılığım olmadan başqa işə keçirilə bilməzdim. Məhkəmə əmək müqaviləmə xitam verilməsi üçün əsas göstərilən halları müzakirə etdi, toxunulmazlıq hüququm arxa planda qaldı".

L.Nəcəfquliyeva məhkəmə qətnaməsini hələ almadığını, alan kimi ondan apellyasiya şikayəti verəcəyini söyləyir.

O, bundan É™vvÉ™l dÉ™ "Azadlıq" radiosuna açıqlamasında iÅŸdÉ™n kÉ™narlaÅŸdırılmağını yeni tikilmiÅŸ mÉ™ktÉ™b binasının istifadÉ™yÉ™ verilmÉ™sinin lÉ™ngidilmÉ™sinÉ™ görÉ™ sentyabrın 16-da açıq havada dÉ™rs keçmÉ™yi ilÉ™ É™laqÉ™lÉ™ndirmiÅŸdi. 

O hÉ™mçinin son parlament seçkilÉ™rindÉ™ deputatlığa namizÉ™d kimi etdiyi çıxışlara, sosial mediada paylaşımlara, bÉ™zi vÉ™zifÉ™li ÅŸÉ™xslÉ™r barÉ™dÉ™ tÉ™nqidi çıxışlarına görÉ™ hÉ™dÉ™lÉ™ndiyini dÉ™ vurÄŸulayırdı. 

Daha əvvəl də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.
Chosen
54
arqument.az

1Sources