EN

ABŞ-nin Kolumbiyadakı səfirliyi viza verilməsini dayandırıb

Amerika Birləşmiş Ştatlarının Kolumbiyadakı səfirliyinin konsulluq şöbəsi viza verilməsini müvəqqəti dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Kolumbiya Prezidenti Qustavo Petro əvvəllər icazə verdiyi iki repatriasiya uçuşunu qəbul etmədiyinə görə ABŞ dövlət katibi Marko Rubio dərhal ABŞ səfirliyinin Boqotadakı konsulluq şöbəsində vizanın verilməsinin dayandırılması barədə göstəriş verib.

ABŞ bununla deportasiya edilmiş miqrantları qəbul etməkdən imtina edən kolumbiyalı məmurlara və rəsmi şəxslərə səyahət məhdudiyyətləri qoyub. Sözügedən məhdudiyyətlər onların ailə üzvlərinə də şamil olunacaq.

Chosen
29
39
report.az

10Sources