“Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi” publik hüquqi şəxsi 3D çəkiliş və məlumatların emalı avadanlıqlarının satın alınması ilə əlaqədar tender elan edib.
Pravda.az-ın xəbərinə görə, tenderin ümumi dəyəri 457 522 AZN-dir.
Alınacaq məhsullara 1 ədəd mobil xəritəçilik cihazı, 1 ədəd “gams antenna kit”, 1 ədəd “Roof Rack”, 1 ədəd mobil xəritəçilik məlumatlarının emalı və konvertasiyası üçün proqram təminatı və 1 ədəd iş stansiyası daxildir.