Gümrüdə Rusiya Federasiyasının 102-ci hərbi bazasının əsgərinin meyiti tapılıb.
yanvarın 25-də saat 17:20 radələrində 35 yaşlı Rusiya vətəndaşı Vitali Şevçenko məlumat verərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyit olduğunu bildirib. . Busaat.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb .
Polis və müstəntiqlər 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin meyitini sözügedən küçədəki binalardan birinin mənzilində şkafın qapısından elektrik kabelindən asılmış vəziyyətdə aşkar ediblər.
Faktla bağlı istintaq şöbəsində intihar və ya intihara cəhd əlamətləri ilə cinayət işi başlanıb.
Müstəntiqin qərarı ilə meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.
G. Şamşyanın sözlərinə görə, mərhum və hadisə barədə məlumat verən vətəndaş Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasında hərbi qulluqçu kimi xidmət edir.