Kolumbiya ABŞ-dan deportasiya edilən vətəndaşlarını qəbul etməyə razılıq verib
Ağ Evin mətbuat katibi Caroline Leavitt bazar günü axşam bildirib ki, Boqota ABŞ prezidenti Donald Trampın ştatlardan deportasiya edilmiş qeyri-qanuni kolumbiyalı miqrantların qəbulu ilə bağlı bütün şərtləri ilə razılaşıb.
Kolumbiya hakimiyyətinin qərarı ABŞ-la ticarət müharibəsinin qarşısını almağa kömək etdi, Reuters yazır.
"Kolumbiya hökuməti ABŞ-dan qayıdan bütün qeyri-qanuni kolumbiyalı miqrantların məhdudiyyətsiz və ya gecikmə olmadan, o cümlədən ABŞ hərbi təyyarələrində məhdudiyyətsiz qəbulu da daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb", - Leavitt CBS News-a istinadən bildirib.
Bundan əvvəl Tramp Boqotanın ştatlardan deportasiya edilmiş həmvətənlərini daşıyan təyyarələri qəbul etməkdən imtina etməsi səbəbindən Kolumbiya mallarına 25% rüsum tətbiq edib. Daha sonra Kolumbiya Prezidenti Qustavo Petro Amerika mallarına güzgü tədbirləri tətbiq etdi
aia.az
Tərcüqmə şöbəsi