EN

Paşinyan da Suriyaya adam göndərdi – “Qonşularla münasibətləri normallaşdırmaq vacibdir...”

Bu gün Dəməşqdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyanın xarici işlər naziri Əsəd Əl-Şaybani ilə görüşüb.

“AzPolitika” Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kostanyan Ermənistan hökumətinin Suriya tərəfi ilə ikitərəfli münasibətləri inkişaf etdirmək öhdəliyini çatdırıb.

Vahan Kostanyan Ermənistan tərəfinin Suriyada prioritet hesab edilən humanitar və islahatların həyata keçirilməsi sahələrini, eləcə də müxtəlif digər proqramları dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Rəsmi açıqlamada hər iki tərəf Ermənistan və Suriya xalqları arasında möhkəm tarixi əlaqələrin olduğunu vurğulayıblar. Həmsöhbətlər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb, qonşularla münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıblar.

“AzPolitika.info”

Chosen
31
azpolitika.info

1Sources