“Mingəçevir” heyətinə yeni futbolçu qatıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 1-ci liqa təmsilçisi Murad Dadaşevi transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Muradın son klubu “Turan Tovuz” olub.
Qeyd edək ki, "Mingəçevir" hazırda 1-ci liqanın turnir cədvəlində 6 xalla sonuncudu.